Azərbaycan dili və ədəbiyyat fənn aylığı davam edir

Məktəbin fəaliyyət planına əsasən azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində dərslərimiz davam edir. Bu gün azərbaycan dili və ədəbiyyat müəllimi Mehriban Məmmədova X a sinfində Publistik üslubun tədrisi ilə bağlı "Qəzet materiallarının üzərində praktik iş" mövzusunda nümunəvi dərsi keçirildi. Dərs praktik işin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdu. Məqsəd, nöqsanları müəyyənləşdirmək, mətni üslubi cəhətdən fərqləndirmək,ədəbi dil normalarına tabe olmayan xüsusiyyətləri müəyyənləşdirmək idi. Şagirdlər qəzet və jurnal materialları üzərində fəal iş apardılar. Müəllim bu prosesdə şagirdləri istiqamətləndirdi. onların tapşırığı düzgün yerinə yetirməsi üçün yardımçı oldu. Cütlərlə iş zamanı bir qrup digər qrupun cavabını yoxladı, rəy yazdı və sonda təqdimatlar edildi. Şagirdlərin fəallığı, əməkdaşlığına uyğun olaraqstandartda göstərilən qaydada qiymətləndirmə aparıldı. Dərsdəfənnbirləşmə sədri Sevda Alıyeva, azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edirdi.Dərsin sonunda nümunəvi dərsin müz