Yusif Məmmədəliyevin anım günü keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq görkəmli kimyaçı alim, "Alkilləşmənin kralı" adını almış Yusif Məmmədəliyevin anım günü qeyd olundu. Məqsəd şagirdlərə tarixi şəxsiyyətlər haqqında məlumat vermək, onların təbliği olunması, Azərbaycanın elm bayrağını dünyada dalğalandıran Yusif Məmmədəliyevi tanıtmaq, milli qürur, milli iftixar hissinin aşılanmasıdır. Məktəbin kimya müəllimi, "Kimya və həyat" dərnəyinin rəhbəri Ema Mədətovanın təşkilatçılığı ilə dərnək üzvlərinin Yusif Məmmədəliyevin anım gününə həsr olunmuş təqdimatları keçirildi. Şagirdlər alimin həyat və fəaliyyəti haqqında, onun Azərbaycan elminə verdiyi töhvə haqqında ətraflı məlumat verdilər. Yusif Məmmədəliyevin yüksək artan ədədli benzinin kəşfi və bu benzinlə dünya müharibəsinin sovet ordusunun qırıcı təyyarələrinin üstünlüyü ələ keçirilməsində qələbənin qazanılmasında verdiyi tövhədən danışdılar. Yusif Məmmədəliyev haqqında çəkilmiş filmə baxdılar. Şagirdləri maraqlandıran sualları müəllimlər cavablandırdılar. Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova, fənn müəllimləri, şagirdlər iştirak etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi