"Azərbaycanın Milli Qəhrəmanları "

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün fəaliyyət planına əsasən, 4a sinfinin müəllimi Aysel Paşayevanın təşkilatçılığı ilə “Azərbaycanın Milli Qəhrəmanları” mövzusunda sinif təşkilat saatı keçirildi. Burada məqsəd şagirdlərimizi “Milli Qəhrəman kimdir?”, “Milli Qəhrəman adı kimlərə verilir?” sualları ilə bağlı məlumatlandırmaq, onları Azərbaycanın Milli Qəhrəmanları ilə tanış etmək idi. İlk öncə şagirdlər milli qəhrəmanlar haqqında bildiklərini təqdim etdilər. Müəllim şagirdlərə videotəqdimat vasitəsi ilə Milli Qəhrəmanlar haqqında geniş məlumat verdi. Sonda şagirdlər “Qəlblərdə yaşayan general”, “Şuşa sən azadsan”,”Azərbaycan ordusu-qürurumuz”, “Zəfərə aparan yol” adı ilə seçib yazdıqları inşaları oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi