Pedaqoji Şuranın iclası keçirildi.

05.02.2024-cü il tarixində I yarımilin yekununa dair Pedaqoji Şuranın iclası keçirildi.Gündəlikdə yarımil ərzində görülmüş işlərin hesabatı,şagird nailiyyətinin statistik təhlili,keçirilmiş monitorinqlərin nəticələr,BSQ-1 –lərin keçirilməsi zamanı əldə edilmiş təcrübənin inkişaf etdirilməsinin zəruriliyi,əmək intizamı,növbətçilik,kitab fondu və cari məsələlər yer almışdır. Qeyd edilən məsələlər barəsində məktəbin direktoru Anar Əliyev və direktor müavinlərinin hər biri öz sahələri üzrə məlumat verdilər.Təhsilin inkişafı üçün bütün imkanlardan istifadə ediləcəyi barədə qərar qəbul edildi. Sonda Əsgərə Məktub layihəsində iştirakına görə N saylı hərbi hissədən 5A sinif şagirdlərinin və Gülbəniz müəllimənin adına  ünvanlanmış TƏŞƏKKÜRNAMƏ təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi