Məktəb 1978-ci ildə tikilib istifadəyə verilib. Birtiplidir. 1176 şagird yerlikdir. Dərslər 2 növbədə tədris edilir. 2012-ci ildə əsaslı təmir olunub. Hazırda məktəbdə 1050 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 67 nəfərlik pedaqoji heyyət məşğul olur. Bu il də məktəbdə 5 yaşlılardan ibarət 3 məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Təhsil ödənişsizdir.Həmin qruplarda dərsləri xüsusi təlimdən keçmiş müəllimlər aparır.