Zəfər Gününə həsr edilmiş tədbir keçirildi.

Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar məktəbdə tədbir keçirildi.Sinif otaqlarında,məktəbin giriş hissəsində və akt zalında qələbəni əks etdirən şəkillər,şüarlar və rəsmlər asılmışdır.Tədbirdə Dövlət himni səslənməklə bütün Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Anar Əliyev Şanlı qələbəmiz haqqında geniş çıxış etdi. Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndi. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edildi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı   məktəblilərə maarifləndirici məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi