Aşıq Ələsgər-200

Məktəbin tədbirlər planına əsasən  aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.Tədbirdə müəllimlər,yuxarı sinif şagirdləri və bir neçə valideyn iştirak edirdi.Aşıq Ələsgərin həyatı haqqında məlumat verildikdən sonra onun yaradıcılığına həsr olunmuş kompozisiya nümayiş etdirildi.Aşıq Ələsgərin sözlərinə bəstələnmiş mahnılar tədbirə xüsusi gözəllik verdi.8-ci sinif şagirdi Riyadın ifasında səslənən saz havaları Aşıq Ələsgərin sənət dahisi olduğunu,sazın-sözün sehrində ölməzlik qazandığını bir daha göstərdi.Şagirdlərin ifasında aşığın şeirləri,təcnisləri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi