Zəfər Günü qeyd olundu

8 noyabr-“Zəfər Günü” münasibətilə məktəbin akt zalında tədbir keçirildi. Tədbir zamanı iştirakçıların sayı nəzərə alındı, kütləviliyə yol verilmədi, sanitar-gigiyenik normalar gözlənildi. Tədbirdə Vətən Müharibəsində iştirak etmiş qazilər, hərbi qulluqçular,Şəhid anaları,onların ailə üzvləri s. aidiyyəti qonaqlar iştirak etdilər.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Məktəbin direktoru M.Məmmədov çıxış edərək,  Azərbaycan xalqının əzmi və iradəsinin, iqtisadi gücünün, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini və düşmən üzərində tarixi zəfər çaldığını bildirdi. Şagirlər tərəfindən aidiyyəti şeirlər səsləndirildi, kompozisiyalar göstərildi və videoçarxların təqdimatı təşkil olundu.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi