“Ətraf mühit gənclərin gözü ilə” adlı layihə çərçivəsində şagirdlərlə görüş

Oktyabrın 20-i Nizami rayonu, 109 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gələcək və İnkişaf Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan “Ətraf mühit gənclərin gözü ilə” adlı layihə çərçivəsində şagirdlərlə görüş keçirilib.

Layihənin məqsədi gənclərin ətraf mühitə olan diqqətini artırmaq, onları ekoloji məsələlər barədə məlumatlandırmaq və ətraf mühitin qorunması mövzusunda fəallığa təşviq etməkdir.

Görüşdə şagirdlərə ekoloji biliklər, sağlam qidalanmanın əhəmiyyəti və təbiətin qorunmasının önəmi barədə məlumat verilib. BŞGİİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Valeh Əmrahov, 109 nömrəli orta məktəbin direktor müavini Aygün Hüseynli, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Layihənin növbəti görüşləri Bakı şəhərindəki digər orta məktəblərdə də davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi