“Məktəbli könüllülərin şəxsi inkişaf forumu” uğurla başa çatıb

 

Aprelin 13-də “Bir Könüllü” Tələbə Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən forumda ümumilikdə 50 şagird,həmçinin məktəbimizin 8b sinif şagirdi Ayan Muxtarzadə də iştirak edib.Məktəbli könüllülərin yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilən forum çərçivəsində IT mütəxəssisi, Deirvlon Technologies-ın icraçı direktoru Kamran Qasımov məktəblilələrlə bir araya gəlib. “Uğurlu startup nədir” mövzusunda çıxış edən spiker öz təcrübəsini məktəblilərlə bölüşüb və onların suallarını cavablandırıb.

Günün davamında yüksək reytinqli xarici ali təhsil müəssisələrinə qəbul almış proqram üzvlərimiz Ağahəmid Həmidov və Gülnur Ağakişiyeva müxtəlif mübadilə proqramları, təqaüd proqramları və öz təcrübələri barədə ətraflı məlumat veriblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi