Məktəbimizdə “Xocalı faciəsinə” həsr olunmuş tədbir keçirilib

26.02.2016 Məktəbimizdə” Xocalı faciə"sinə aid tədbir keçirildi.Tədbiri məktəbimizin direktoru Məmmədova Esmira xanım açıq elan etdi.Esmira xanım “Xocalı faciəsi”nin dəhşətlərindən, o gecə baş verən amansız qəddarlıqdan,xalqımıza dəyən bu ağır zərbədən danışaraq həlak olmuş həmvətənlərimizin xatirəsini ehtiramla yad etdi,daha sonra “Xocalı faciəsi”nə həsr olunmuş film və kliplər nümayiş etdirildi.Şagirdlərimiz faciəyə həsr olunmuş müxtəlif səhnəciklər və çıxışlar nümayiş etdirdilər.Bütün məktəb kollektivi adından o gecə həlak olmuş həmvətənlərimizə Allahdan rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi