HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonundakı 105 nömrəli tam orta məktəb 1965-ci ildən orta məktəb, 2010-cu ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəb müxtəlif tədbirlərdə xüsusi nominasiyalara layiq görülüb.2008-ci ildə məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbin pedaqoji kollektivi 30 nəfərdən ibarətdir. Pedaqoji kollektivin üzvlərindən bir neçəsi dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi,Qaradağ Rayonu İcra Hakimiyyəti,Həmkarlar Komitəsi tərəfindən gənc nəslin təlim - tərbiyəsində göstərdikləri xüsusi fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunub. Hal-hazırda məktəbdə 378 şagird təhsil alır və ildən-ilə şagirdlərin sayı artır.Məktəbin şagirdləri idman yarışlarında, mədəni kütləvi tədbirlərdə fəxri fərmanlarla, tərifnamələrlə təltif olunublar. Hər il məktəbin 11-ci sinfindən məzun olan şagirdlərimizdən respublikamızın ali və orta ixtisas məktəblərinə qəbul olunanların sayı da ildən-ilə artan tendensiya üzrə davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi