“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” nin keçirilməsi barədə

Bakı şəhər məktəblilərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə əmr edirəm: 1.Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında 2016-cı ilin fevral-aprel aylarında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilsin.2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur). 3.Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın.Nəsimi və Nərimanov rayonları – Bağırov Altay (37 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Binəqədi rayonu – Qaralov Həsən (34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Səbail və Yasamal rayonları – Orucov Mehbalı (35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Qaradağ rayonu – Əliyeva Aynur (41 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Nizami və Xətai rayonları – Aslanova Təranə (36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Suraxanı rayonu – Həsənov Sabiq (40 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)Sabunçu rayonu – Sultanova Qənirə (39 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor əvəzi) Xəzər və Pirallahı rayonları –Rəhimov Rafiq (38 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor əvəzi)4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.6.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.7.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin. 9.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin. Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 22 yanvar 2016 - cı il № 28Əlavə: http://bakuedu.gov.az/medicine/uploads/files/%E2%80%9CG%C9%99nc%20kimya%C3%A7%C4%B1lar%C4%B1n%20yarad%C4%B1c%C4%B1l%C4%B1q%20m%C3%BCsabiq%C9%99si%E2%80%9Dnin%20ke%C3%A7irilm%C9%99si%20bar%C9%99d%C9%99%20%C9%99sasnam%C9%99(2).pdf
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi