“20 Yanvar” faciəsinə həsr olunmuş anım günü

19.01.2016.Məktəbimizdə 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.Daha sonra bir dəqiqəlik sükütla şəhidlərimizin ruhu yad olundu.Müəllim və şagirdlərimizin çıxışları, göstərilən kompozisiyalar bizi bir daha 1990-cı il yanvarın 20-nə qaytardı.Məktəbin direktoru E.Məmmədova qeyd etdi ki,o gecə bizim üçün nə qədər faciəli bir gün olsa da,bir o qədər də şərəfli bir gün olmuşdur.Təşkilatçı müavin K.Əsədova isə çıxış edərək şagirdləri o gecədə həlak olmuş şəhidlərimizin xatirəsini daim yad etməyə və onların yolunu davam etdirməyə səslədi.Allah bütün şəhidlərimizə rəhmət eləsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi