15 iyun- Milli Qurtuluş Günü ilə bağlı tədbir

Məktəbimizdə 15 iyun- Milli Qurtuluş Günü münasibətilə müəllim- şagird heyətinin iştirakı ilə tədbir keçirildi. Məktəb direktoru qeyd etdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün əsl qurtuluş və Azərbaycan xalqı üçün şərəfli bir gündür.Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan,xalqa arxa olan Ümummilli liderimiz Heydər Əliyev olmuşdur.Tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar öz əksini tapmışdır .Şagirdlər müstəqilliyə həsr olunmuş şeirlər, musiqilər səsləndirdilər.Bu tədbir şagirdlərimizdə müstəqillik duyğusunu daha da coşdurdu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi