31 dekabr “Dünya Azərbaycanlıların Həmrəylik Günü”

Bu gün Azərbaycan xalqının tarixində ən yaddaqalan,ən şərəfli günlərdən biridir.Respublikanın hər yerində olduğu kimi,məktəblərdə, tədris ocaqlarında da bugünlə bağlı əvəzsiz tədbirlər keçirilmişdir.Qaradağ rayonu 105 №li tam orta məktəbdə də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu dəyərli gün ilə bağlı yadda qalan tədbirlər təşkil olunmuşdur.İlk öncə məktəb direktoru Esmira Məmmədova bütün məktəb kollektivini və şagirdlərini bu şərəfli gün ilə bağlı olaraq təbrik etdi və öz çıxışında qeyd etdi ki,bügünün əsası 1989-cu ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.Bugünün tarixi önəm daşıması azərbaycanlıların həmrəy bir millət olduğunu dünyada tanıdmağa kifayət edir.Daha sonra məktəbin təşkilatçı müavini K.Əsədova çıxışında qeyd etdi ki,Həmrəylik günü Azərbaycan millətinin birlik şüarının simvolik yekunudur.Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşlarımızla əlaqə qurmaq,onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamaqdadır. Məktəbimizdə həmrəylik günü ilə əlaqədar olaraq keçirilən bu tədbir gənclərimizdə milli şüur hissinin artmasına böyük təkan vermiş oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi