105 №li məktəbdə keçirilən “Ümumilli Lider Heydər Əliyevin Anım Günü”

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli siyasətçilər çox olmuşdur.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümumilli lideri,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Çünki, Heydər Əliyev bəşər tarixində nadir rast gəlinən, unikal simvollardandır.Hərənin bir ömür payı var.Kiminin mənalı, kiminin adi.Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı 12 dekabr Heydər Əliyevin anım günüdür.Bu günü ölkənin hər bir yerində olduğu kimi Qaradağ rayonu 105№li tam orta məktəbində də hər il qeyd edirik.Bu ildə bu dəyərli şəxsiyyətin anım gününü məktəb kollektivimiz ehtiramla yad etdi. Tədbirdə məktəb direktoru Esmira Məmmədova çıxış edərək qeyd etdi ki,Heydər Əliyev xalqımızın milli iftixarı,ürəklərimizdə özünə yer tapan milli liderimiz,güvənc yerimiz,qürür duyduğumuz böyük Azərbaycanlı idi.O kütləni arxasınca aparmağı bacaran bir siyasi xadim idi.Heydər Əliyevin anım günü ilə bağlı məktəbin tarix müəllimi Zərbəlisoy Əflan qeyd etdi ki,bu dahi insan,tarixi yazan və yaradan,onu yönəltməyi və fövqündə durmağı bacaran,dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxabatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi.O, bütün illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış,onu bir dövlət,xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından çıxarmışdır.Heydər Əliyev bütün həyatını səadaqətlə xidmətə həsr etmiş,öz fəaliyyətində həmişə xalqına arxalanmışdır.Məhz Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi