105 №li məktəbdə keçirilən “BİLİK GÜNÜ”

15 sentyabr hər yerdə olduğu kimi,Qaradağ rayonu 105 №li tam orta məktəbdə də qeyd olundu.Tədbirimiz Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.Daha sonra məktəbin direktoru Esmira Məmmədova çıxış edərək məktəb kollektivini və birinci sinifə qədəm qoyan bütün şagirdləri təbrik etdi.Yeni dərs ilində hər kəsə müvəffəqiyyətlər,yeni-yeni nailiyyətlər arzu etdi.Məktəb direktoru bildirdi ki,hər il olduğu kimi,bu il də ölkəmizdə təhsilə böyük diqqət və qayğı göstərilmişdir.Təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb.Prezident İlham Əliyevin qayğısı,Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.Bilikli,savadlı,milli adət və ənənələrimiz ruhunda tərbiyə almış gənc nəslin formalaşması üçün dövlətimiz tərəfindən məktəblərdə hər cür şərait yaradılmışdır.Biz məktəb kollektivi olaraq çalışacağıq ki,2015-2016 cı tədris ilində uğurlarımız daha da çox olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi