"28 May-Respublika günü" ilə bağlı tədbir

28 May- Respubilka günü münasibətilə məktəbimizdə tədbir keçirildi.İlk öncə dövlət himnimiz səsləndirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Esmira Məmmədova  qeyd etdi ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir.Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur.Bu dövlət 23 ay yaşasa da, dövlətçilik ənənəsi baxımından olduqca əhəmiyyətlidir.Keçən əsrin 90-ci illərinin əvvələrində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidi ilə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdı, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu.Bugunkü çiçəklənən, qüdrətli, firavan Azərbaycana görə biz hamımız bu dahi şəxsiyyətə minətdarıq.Bugün möhtərəm prezidentimiz canab İlham Əliyev müstəqillik yolunu uğurla davam etdirir.Tədbirdə şagirdlərimiz müstəqilliyə həsr edilmiş şeirlər söylədilər, musiqilər səsləndirdilər.Vətənə, millətə sevgi hissi aşılayan tədbirimiz şagirdlərimizdə böyük marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi