"Oxu günü" ilə bağlı tədbir

Məktəbimizdə "Oxu günü" ilə bağli  tədbir keçirildi. Şagirdlərin oxu savadının artırılması, dünyagörüşünün formalaşdırılması məqsədilə şagirdlərin bu tədbirdə daha fəal iştirak etməsinə şərait yaradılmışdır.Şair və yazıçılarımızın bədii kitablarının sərgisi keçirilmişdir.Şagirdlər bu kitablarla daha yaxından tanış oldular.Məktəb direktoru və müəllimlər kitabla mütaliənin gənclərin tərbiyəsindəki rolundan danışdılar, şagirdlərdə kitaba sevginin formalaşdırılmasında məktəbin nə qədər mühüm rola malik olduğunu vurğuladılar.Tədbirdə şagirdlər tərəfindən hikmətamiz fikirlər, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan C.Cabbarlı, S. Vurğun, H.Cavidin əsərlərindən nümunələr səsləndirildi. Tamaşaya qoyulan əsərlərdən bəhs edildi, həmin tamaşalardan videoçarxlar izlənildi. Oxu tədbiri şagirdlərimiz tərəfindən böyük maraqla qarşılandı.Şagirdlərimizdə bu fikir formalaşdı ki, müasir həyatda nə qədər yeniliklər olsa da, kitab bizim ən yaxın dostumuzdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi