20 Yanvar Hüzn Günü

20 Yanvar-xalqımızın tarixində ümumxalq Hüzn Günü kimi qara həriflərlə yazılmışdır.Bu gün ölkəmizin hər yerində matəm günü kimi qeyd edilir.Məktəbimizdə bu günlə bağlı tədbirlər keçirildi. İlk növbədə,məktəbimizin  tarix müəllimi Əflan müəllim bu günün Azərbaycan Xalqı üçün həm kədərli , həm də şərəfli gün olduğunu qeyd etdi,xalqımızın başına gətirilmiş müsibətlərdən danışdı , o gün xalqımızın qəhrəmanlıq salnaməsinin bariz nümunəsidir. 20 Yanvar günündə xalqımızın başına gətirilmiş müsibətləri əks etdirən videoçarx şagirdlərə təqdim edildi. Şagirdlərimiz bu gündə baş verən hadisələri əks etdirən şeirlər söylədilər,çıxışlar etdilər.Xalqımızın başına gətirilmiş bu vəhşiliklər şagirdlərimizdə düşmənə qarşı nifrət hissini daha da artırır.Şəhidlərimiz xalqımızın qürur yeridir.Allah şəhidlərimizə rəhmət etsin!!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi