"Uşaqların hüquqlarını qoruyaq"
Dekabrın 6-da məktəbdə " Uşaq hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira xanım bildirdi ki,ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması,təlim-tərbiyəsinin düzgün təşkili üçün lazimi şərait mövcudur.Daha sonra bildirildi ki,Ulu Öndər Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir.Azərbaycan Respublikasının "Uşaq hüuqları haqqında " qanunları da Ulu Öndərin uşaqlara qayğısının təcəssümüdür.Tədbir uşaqların hazırladıqları musiqili proqramla yekunlaşdırıldı.