“Müstəqillik Günü “

Bildiyiniz kimi 18 oktyabr Azərbaycan Respublikasının “Müstəqillik Günü” dür.Bu münasibətlə həmin gün məktəbimizdə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Daha sonra məktəbin tarix müəllimi Əflan Zərbəlisoy bu günün tarixindən,müstəqilliyimizin əldə olmasında min bir əziyyət çəkən,canlarından keçən vətənimizin mərd oğul və qızlarından,onların qəhrəmanlıqlarından söhbət açaraq şagirdlərimizi bir daha maarifləndirdi və onları hər zaman öz azadlıqları uğrunda mübariz olmağa səslədi.Şagirdlərimizdə öz şer, rəqs, mahnı nömrələri ilə vətənə olan sevgilərini nümayiş etdirdilər.Sonda məktəbin təşkilatçı müavini Kəmalə Əsədova bir daha bütün məktəb kollektivini,Azərbaycan xalqını “Müstəqillik Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki,hər birimiz müstəqilliyimiz uğrunda canından keçən soydaşlarımızın ruhu qarşısında baş əyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi