“Bilik günü “

Sentyabr ayının 15 –də “Bilik Günü “münasibəti ilə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Məktəbin direktoru Esmira xanım bütün məktəb kollektivini, valideynləri,şagirdləri xüsusilə də birinci sinfə qədəm qoyan uşaqları təbrik edərək hər kəsə yeni tədris ilində uğurlar arzuladı.Esmira xanım qeyd etdi ki,2017/2018-ci tədris ili Təhsil Naziri Cənab Mikayıl Cabbarovun əmri ilə “Keyfiyyət ili” elan edilmişdir.Buna görə də bu il biz daha da əzmlə, məsuliyyətlə çalışmalı və məktəbimizdə tədrisin keyfiyyətinin yüksəlməsi üçün əlimizdən gələni əsirgəməməliyik.Direktor müavinləri,digər müəllimlər də bu təbrikə qoşularaq yeni dərs ilində hər kəsə müvəffəqiyyətlər arzuladılar.Şagirdlər də öz çıxışları ilə tədbirə daha da gözəllik qataraq ilk zəngin sədaları altında siniflərə daxil oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi