İnşa yazı müsabiqəsinin keçirilməsi barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi barədə 19.10.2015-ci il tarixli 1009 nömrəli əmrinin icrasını təmin etmək məqsədiləəmr edirəm :1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009 nömrəli əmri icra üçün qəbul edilsin.2.Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi 2015-ci ilin oktyabr - dekabr ayları ərzində keçirilsin.3.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin. 5.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər. 6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin. 8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009 nömrəli əmri. Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən: Ceyhun Bayramov04 oktyabr 2015 - ci il № 276Əlavə: Müsabiqənin əsasnaməsi.http://bakuedu.gov.az/medicine/uploads/files/Müsabiqənin%20əsasnaməsi.pdf
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi