“Novruz şənliyi”

Mart ayının 17-si məktəbimizdə “Novruz şənliyi” qeyd olundu.Şagirdlərimiz şənlikdə çox fəal iştirak edərək,milli adət-ənənələrimizi əks etdirən səhnəciklər,musiqi nömrələri,rəqslər nümayiş etdirdilər.Novruzun atributları olan kosa,keçəl,bahar qızı şənliyə xüsusi gözəllik qatdı.Milli geyimlərdə olan qız və oğlanlarımız tonqal ətrafında yallı getdilər.Məktəbin direktoru Esmira xanım və təşkilatçı müavin Kəmalə müəllim bütün məktəb kollektivini,xalqımızı “Novruz bayramı”münasibəti ilə təbrik edərək,xalqımıza hər zaman əmin-amanlıq, ruzi- bərəkət arzu etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi