"Beynəlxalq Ana dili"

21 fevral "Beynəlxalq Ana dili" günü kimi qeyd olunur. Ölkəmizdə də bu gün qeyd edilməkdədir. Məktəbin tədbirlər planına uyğun olaraq bu il də "Ana dili" gününə aid tədbirlər keçirildi. Bunlardan biri də esse müsabiqəsi oldu. Məktəbin Dil ədəbiyyat müəllimi Cəfərova Aliyə 7,8 və 9-cu siniflərdə esse müsabiqəsi təşkil etdi. Essenin keçirilməsində məqsəd şagirdlərdə Ana dilində yazı mədəniyyətinin formalaşdırılması, Ana dilinin gözəlliyinin ifadə olunması olmuşdur. Sonda qalib gələn şagirdlər Sertifikatla təltif edildi.