“Xocalısız 25 il”

Fevral ayının 24-də məktəbimizdə “Xocalısız 25 il” adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Daha sonra o dəhşətli gecədə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərimiz müxtəlif şeirlər və kompozisiyalarla Xocalı faciəsinin amansızlıqlarını nümayiş etdirdilər. Fevral ayının 26-da isə məktəbin direktoru Esmira Məmmədova başda olmaqla məktəb rəhbərliyi və bir qrup müəllim kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək bir daha Xocalı şəhidlərini yad etdi və Allahdan onlara rəhmət dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi