20 Yanvar faciəsinə həsr edilmiş tədbir
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Artıq bu qanlı hadisədən 34 il keçir. Və Azərbaycan xalqı olaraq hər il 20 Yanvar hadisini dərin hüznıə anırıq. 105 nömrəli tam orta məktəb kollektivi olaraq bir sıra tədbirlər həyata keçirdirik. Bu il 19 yanvar məktəbimizdə tədbir təşkil edildi. Tədbirdə ilk növbədə şəhidlərin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi, daha sonra şagirdlərin ifasında səhnəciklər və şeirlər səsləndirildi. Allah bütün şəhidlərə rəhmət eləsin.