27 sentyabr "Anım Günü"dür.
Bildiyimiz kimi 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində 44 günlük müharibə başalmışdır və Azərbaycan ordusunun qələbəsi ilə başa çatmışdır.İndi hər il ölkəmizdə 27sentyabr şəhidlərin xatirəsinə "Anım günü" kimi qeyd edilir.
105 nömrəli tam orta məktəb də hər il olduğu kimi bu il də Şəhidləri yad etdi. 4a sinif şagirdləri, həmin sinifin sinif rəhbəri İsmayılova İlhamə və təşkilatçı müavin Əliyeva Samirə Qobustan qəsəbəsində Şəhid Sadiq Əzizlinin evində olmuşdur. Şəhidin anası şagirdlərə Sadiq Əzizlinin döyüş yolu haqqında geniş məlumat vermişdir. Şagirdlər Şəhidin şəkli önünə qərənfillər düzdü və şeirlər söylədi.