20 yanvar faciəsi

Yanvar ayının 19-da məktəbdə “20 yanvar” faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Daha sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edildi.Tədbirdə “Qanlı gecə”ni əks etdirən videoçarx nümayiş olunaraq düşmənin xalqımızın başına gətirdiyi müsibətlər bir daha gələcək nəsillərə çatdırıldı.Tədbirdən sonra bir neçə müəllim və şagird kollektivi “Şəhidlər xiyabanı”nı ziyarət etdi.Bütün məktəb kollektivi adından vətənimizin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir,Allahdan onlara rəhmət diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi