Ulu Öndərin 100 illik yubileyi tədbirləri

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Bu il Ulu Öndərin 100 illik münasibətilə məktəbimizdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bunlardan ən təntəraqlısı isə 10 may Gül bayramı günü Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz bədii gecədir. Tədbirdə müəllimlər və şagirdlər Ulu Öndərimizin xatirəsinə həsr edilmiş bədii gecədə şeirlər və mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi