Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.Qeyd edək ki, növbəti səyyar qəbullar mayın 8-i Qaradağ və Nərimanov rayonlarında keçiriləcək. Qaradağ rayonu üzrə 195 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 105, 106, 110, 127, 139, 166, 180, 184, 195, 197, 222, 223, 224, 228, 233, 253, 273, 274, 288, 294, 302, 303, 319, 320, 321 nömrəli məktəblər və 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 41 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.Nərimanov rayonu üzrə 73 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 34, 36, 37, 39, 45, 47, 57, 73, 82, 93, 177, 178, 193, 202, 207, 212, 258, 291, 304 nömrəli məktəblər, Məktəb Lisey Kompleksi və 5 nömrəli İxtisaslaş¬dırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Atletika Məktəbi, 10 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir. Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi