1mart Ümumdünya Mülki Müdafiə günüdür.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.

Məktəbimizdə hər il olduğu kimi, bu il də Mülki Müdafiə gününə dair tədbirlər həyata keçirildi. məktəbin Təsviri incəsənət müəllimi N.Aynurə şagirdlərə Mülki Müdafiə ilə bağlı rəsm işləri tapşırmışdır. Şagirdlər fövqəladə hallar, Mülki Müdafiə üzrə şəkillər çəkdilər.

 Daha sonra məktəbin təşkilatçısı yuxarı siniflərdə videoçarxlar nümayiş etdirdi. Şagirdlərə Mülki Müdafiə gününün yaranma tarixi, əhəmiyyəti haqqında geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi