105 nömrəli məktəbin direktoru Nəriman Mürsəliyev " Peşəkar inkişaf sertifikatı"na laiq görüldü

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xəzər Universitetinin birgə olaraq "UNİCEF"in dəstyi ilə təşkil etdiyi "Potensial məktəb direktorları" kursunu bitirərək "Peşəkar inkişaf sertifikatı" alan 20 direktor sırasında məktəbimizin direktoru Nəriman Mürsəliyev də olmuşdur. Layihənin təşkilində zəhməti olan Təhsil Nazirliyinin və Xəzər Universiteitinin bütün əməkdaşlarına təşəkkürümüzü bildirir və bu sertifikatı alan bütün müdavimləri təbrik edirik.İnanırıq ki, bu sertifikata laiq görülən təhsil işçiləri, gənc nəslin maariflənməsi, onların milli-mənəvi dəyərlərimiz işığında dünyanın təhsil standartlarına cavab verən təhsil almaları yolunda daha peşəkar fəaliyyət göstərəcək və işlərini günün tələbinə uyğun quracaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi