Səhər gimnastikası

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. 

105 nömrəli tam orta məktəbdə də İdman həftəsində bir sıra idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Səhər gimnastikası bunlardan ən öndə gedənidir. Çünki gimnastika ilboyu məktəbdə təşkil edilir.İdman müəllimləri, fənn müəllimləri tərəfindən ilk dərsdə 5dəqiqəlik səhər gimnastikası keçirilir ki, bu da şagirdlərin günboyu aktiv qalmasına köməklik göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi