Xocalı Soyqımı - qan yaddaşımız

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

105 nömrəli məktəbdə Xocalı soyqırımına həsr edilmiş açıq dərslər keçirildi. Bu dərslər 2a, 3, 4a, 7 və 9cu siniflərdə təşkil edilmişdir. İbtidai siniflərdə M.Fəxriyə, İ. İlhamə, N.Ziyafət və yuxarı siniflərdə Ş.Aytac və digər müəllimlər şagirdlərə Xocalı soyqırımının vəhşilikləri haqqında geniş məlumat verdilər. Şagirdlər həmçinin səhnəciklər təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi