"Xocalı soyqırımından 31 il keçir"

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Hər il olduğu kimi bu il də Xocalı soyqırımı məktəbimizdə anılır. Tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilir. 5a sinfində Tarix müəllimi tərəfindən "Xocalı soyqırımı"-31 il adlı açıq dərs təşkil edildi. Dərsdə dinləyici qismində məktəbin Təşkilatçısı iştirak etdi. İlk öncə Xocalı faciəsində vəfat edənlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlərə Xocalı faciəsi haqqında video slayd təqdim edildi, daha sonra şagirdlər Xocalı soyqırımı haqqında topladıqları məlumatları sinif yoldaşları ilə paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi