"Heydər Əliyev irsi"
Bildiyimiz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. bununla əlaqədar bir sıra dövlət əhəmiyyətli qərarlar verilmişdir. Bunlardan ən əsası isə Prezident İlham Əliyevin imzaladığı Sərəncam olmuşdur. Sərəncama əsasən 2023-cü il Azərbaycanda "Heydər Əliyev" İli elan olunmuşdur.
Məktəbimizdə də bir sıra tədbirlər planı hazırlanmışdır. 17 fevral tarixində məktəbin kitabxanasında Təşkilatçı müavin, tarix müəllimi və Dil ədəbiyyat müəlliminin iştirakı ilə şagirdlərlə "dəyirmi masa" təşkil edildi. Dəyirmi masada müəllimlər çıxış etdi və Ulu Öndər H.Əliyevin həyat və yaradıcılığı barədə maarifləndirici söhbətlər etdi. Daha sonra şagirdlər H. Əliyev haqqında hazırladıqları təqdimatları təqdim etdilər.