"Zəfər günün mübarək - Azərbaycan!"

Bildiyimiz kimi artıq 2 ildir ki, Cənab prezident İlham Əliyevin imzaladığı sərəncama görə ölkəmizdə 8 noyabr "Zəfər günü" kimi qeyd edilir. Məktəbimizdə əlamətdar günlə bağl bir sıra tədbirlər həyata keçirilmişdir. Bu gün də məktəbin zalında geniş bir tədbirimiz oldu.Tədbirdə məktəbin müəllimləri, şagirdləri və II Qarabağ müharibəsində iştirak edən Qazilər yer aldı. Tədbir Azərbaycan himni ilə açıq elan edildi, 1dəqiqəlik sükutla Şəhidlərin ruhu anıldı. Daha sonra məktəbin direktoru M.E.Hacıyev, məktəbin coğrafiya müəllimi və eyni zamanda II Qarabağ müharibəsinin qazisi C.Həsənov və digər qazilər çıxış etdi. sonra tədbirin bədii hissəsi başlandı.Şagirdlər çıxış etdilər,şeir, mahnı və rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi