Əhməd Cavadın 130 illik yubileyi

02.11.2022-ci il tarixində məktəbimizin kitabxanasında təşkilatçı müavinin rəhbərliyi altında məktəbin dil-ədəbiyyat müəllimi Rüstəmova S.A və şagirdlərlə Əhməd Cavadın həyat və yaradıcılığı barədə dəyirmi masa təşkil edildi. Söhbət zamanı şagirdlər Şair haqqında geniş məlumat verdilər və o cümlədən şairin şeirlərində söylədilər.Sevinc müəllimə çıxış edərək bildirdi ki, Əhməd Cavad yaradıcılığından danışılarkən qeyd edilməlidir ki, həmişə təqiblərə və təhqirlərə məruz qalan şair hər dəfə həbs edilərkən evi ciddi şəkildə axtarılmış, əsərləri çox güman ki, məhv edilmişdir. Lakin yaradıcılığının əlimizdə olan nümunələri göstərir ki, o, həm romantik, həm də realist üslubda yazan incə duyğulu sənətkar olmuşdur. Şairin “Yazım gəl, baharım gəl”, “Səhər-səhər”,  “Sevgi candan ayrılmaz”, “Yuxuma gəlmişdin”, “İmdad”, “Axşamlar” və s. şeirləri dediklərimizə əyani sübutdur. Qeyd edək ki şairin dili aydın, rəvan və oxunaqlıdır; xalq şeir dilinə çox yaxındır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi