"Şuşa sən azadsan" viktorina

8 noyabr "Zəfər günü"nə aid tədbirlər planı çərçivəsində 21.10.2022-ci il tarixində məktəbin 5ci sinifləri arasında "Şuşa sən azadsan" adlı viktorina təşkil edildi. Yarışda məktəbin direktoru M. Hacıyev, təşkilatçı müavin S.Əliyeva İnformatika , Riyaziyyat, Tarix müəllimləri iştirak etdilər. Yarışın məqsədi şagirdlərə 44günlik müharibə haqqında daha çox məlumat vermək,onlarda vətənpərvərlik hisslərini aşılamaq olmuşdur. Yarış 3 mərhələdən ibarət olub, sonda 1 komanda qalib gəldi. Qalib komanda "Zəfər günü" nə həsr edilmiş tədbirdə mükafatlandırılacaq.