"Zəfər günü"nə həsr edilmiş müsabiqə
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Bu qələbədən sonra Prezident İlham Əliyev hər il 8 noyabr Azərbaycanda "Zəfər günü" kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır.
Məktəbimizdə də hər il olduğu kimi bu il də Zəfər gününə həsr edilmiş tədbirlər planı hazırlanmış və icrası həyata keçirilir. Məktəbin təşkilatçısı Əliyeva Samirə və təsviri incəsənət müəllimi Niftəliyeva Aynurə 6 və 7 ci siniflərdə Zəfər gününə həsr edilmiş ən yaxşı divar qəzetinin hazırlanması ilə bağlı müsabiqə təşkil edilmişdi. Divar qəzetləri qruplar tərəfindən hazırlanmış və sinif divarlarından asılmışdır.