"7-dən 17-yə vətənpərvər!" layihəsi

BŞTİ-si tərəfindən start verilən bu layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda “Şuşa İli”, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub.

Məktəbimizdə bu layihə ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Coğrafiya müəllimi Həsənov Ceyhun 6a sinfində Azərbaycanın tarixi və coğrafiyası,mədəni abidələri, təbii sərvətləri haqqında şagirdlərə slaydlar təqdim etdi. Şagirdlər vətənimizin zəngin təbiəti, faydalı qazıntıları haqqında geniş müzakirələr apardılar. Dərsdə dil ədəbiyyat müəllimi Rüstəmova Sevinc, Tarix müəllimi Əliyeva Samirə, UBTR Nəsirova Sevinc yaxından iştirak etdilər. öz fikirlərini şagirdlərlə böldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi