Məktəbdaxili monitorinqlər

Məktəbin fəaliyyət planına uyğun olaraq 105 nömrəli tam orta məktəbin IX sinif şagirdləri üçün 14.10.2022-ci il tarixində Azərbaycan dili, riyaziyyat və İngilis dili fənlərindən məktəb rəhbərliyi tərəfindən məktəbdaxili monitorinq təşkil edilmişdir. Monitorinqdə 28 şagirddən 24 şagird iştirak etmişdir.Monitorinqin nəticələri yaxın günlərdə şagirdlərə açıqlanacaqdır.Məktəbdə keçirilən monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.