Layihə: "Ekoloji tarazlığın qorunması və bərpası"

Son dönəmlər dünya ölkələrini narahat edən əsas problemdən biri də ekoloji tarazlığın pozulmasıdır. Ekologiyanı və ümumilikdə ətraf mühiti qorumaq üçün ciddi işlər görülür. Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına insanların diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. 

105 nömrəli tam orta məktəbdə Həyat bilgisi dərslərində müxtəlif layihələr üzərində işlər görülür. Bu dəfə 8ci sinif şagirdləri Ekoloji tarazlığın qorunması yolları araşdırıb müxtəlif layihələr təqdim etdilər. Həyat bilgisi fənnini tədris edən Əliyeva Samirə şagirdlərlə birgə Ekoloji mühitin bərpasına yönəlmiş plakatlar hazırlayaraq digər şagirdlərə nümayiş etdirmək məqsədilə məktəbin ictimai lövhəsindən asdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi