27 sentyabr "Anım günü"

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədi ilə Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir və prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il qeyd edilir. 

105 nömrəli tam orta məktəbdə də hər il olduğu kimi bu il də müəllim və şagird kollektivi Ələt qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdir. Şagirdlər əvvəlcə Ələt qəsəbəsində yerləşən Şəhidlər parkını ziyarət etmiş, daha sonra isə Şəhidlər xiyabanına getmişlər. Orada şəhidlərin məzarına güllər qoymuş, şeirlər səsləndirmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi