Su həyatın özüdür.
13.05.2022-ci il tarixində V-IX siniflərdə məktəbin tibb bacısı və Biologiya müəllimi tərəfindən maarifləndirici söhbətlər aparıldı.Söhbət zamanı suyun insan həyatı,təbiət üçün önəmindən söhbət edildi.Su həyat mənbəyidir, yaşadığımız dünyada bütün canlıların o cümlədən insanların , heyvanların , bitkilərin orqanizmi sudan ibarətdir.Şəxsi gigiyenanın qorunması üçün əllərin müntəzəm şəkildə yuyulması ən əsası şərtlərdən biridir.Təmiz əllər sağlam qalmağın başlıca səbəbidir. Suyun sanitariya gigiyenik əhəmiyyəti böyükdür.Hər bir şagird şəxsi gigiyena qaydalarına riayət etməlidir. Biologiya müəllimi suyun həyatımızdakı rolu haqqında geniş söhbət apardı. O, bildirdi ki, sudan qənaətlə istifadə edilməli, boş yerə suyu israf etmək olmaz.