Qazilərlə görüş

31 may 2020 ci il tarixində QMƏVŞAİB Qaradağ rayon filialının sədri Heydərov Maqsud Əmrah oğlu, və Qobustan qəsəbəsinin qaziləri Ələt qəsəbəsində yerləşən 105 nömrəli tam orta məktəbin 4-cü sinifləri ilə görüş keçirdilər. Görüş şagirdlərin qaziləri gül-çiçəklə qarşılanması ilə başladı. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxundu və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə birliyin Qaradağ filialının sədri Maqsud Heydərov, hər iki Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, qazi, müəllim Ələmdar Abdullayev, XT kəşfiyyatçı, gizir Bəhrəm Rəcəbli keçdikləri və döyüşlərdə rəşadət göstərərək "Rəşadət" ordeni ilə təltif olunnuş gizir Məmmədov Hünər keçdikləri döyüş yolu, erməni vandalizmi, vətənpərvərlik duyğuları, şəhid döyüş yoldaşları haqqında maraqlı hadisələr danışdılar, xatirələrini dilə gətirdilər.

 

Tədbirin müsabiqə hissəsində Zəfər tariximizdən bəhs edən suallara ən tez  doğru cavab verən şagirdlər, sinif rəhbəri və tədbirlərdə fəal iştirak edən qazilər fəxri fərman və medallarla təltif olundular.

Bütün şagirdlərə birliyin təşəbbüsü ilə hazırlanmış, üzərində Qaradağ şəhidlərinin şəkilləri və məlumatlar olan dəftərlər paylanıldı.

Tədbirin sonunda məktəbin kollektivi qaziləri, şagirdlərlə çay süfrəsinə dəvət etdilər və xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi