Hər şey Övladımız üçün
Məktəbin psixoloqu Əlirzayeva Məleykə 18.05.2022- ci il tarixində İbtidai siniflərin valideynləri ilə tədbir təşkil etmişdir. Tədbirdə psixoloq Uşaqlarla necə dialoq qurmalı, Uşaqlar necə səhv edirlər, Problemli şagirdlərin problemlərinin həlli mövzularında valideynlərlə maarifləndirici söhbət aparmış, onlara validenlərin övladları ilə münasibətlərini öyrənmək üçün testlər vermişdir. Bundan əlavə valideynlərə mövzu ilə əlaqəli video çarx təqdim edilmişdir.